Sosial şəbəkələrdən düzgün istifadə edək
Məktəbin informatika müəllimi Elnarə Babayeva 7/a sinif şagirdləri ilə “Sosial şəbəkələrdən düzgün istifadə edək” adlı maarifləndirici dərs keçirib. Dərsin keçirilməsində məqsəd şagirdlərin sosial şəbəkədən düzgün istifadə qaydaları üzrə bilik və bacarıqların artırılması üçündür. Müəllim şagirdlərə sosial şəbəkələrdən düzgün, məqsədyönlü və təhlükəsiz istifadənin əhəmiyyətindən danışıb. Mövzuya uyğun videoçarx nümayiş olunub.