“Ümümdünya QİÇS Günü”nə həsr olunmuş maarifləndirici dərs keçirilib
1 Dekabr “Ümümdünya QİÇS Günü”nə həsr olunmuş maarifləndirici dərs X sinif şagirdləri arasında biologiya müəllimi Afət Mahmudovanın rəhbərliyi ilə keçirilib. Dərsin keçirilməsində məqsəd insanda immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (QİÇS) yayılmasının qarşısının alınması haqqında şagirdləri maarifləndirmək olub. Dərs zamanı müəllim bu QİÇS-lə Mübarizə Günü barədə məlumat verib, şagirdlərin suallarını cavablandırıb. Mövzuya uyğun videoçarx nümayiş olunub.