"Özümə məktub" mövzusunda psixoloji test
Məktəbin psixoloqu Aybəniz Zamanova 8/b sinif şagirdləri ilə “Özümə məktub” adlı psixoloji test keçirib. Testin keçirilməsində məqsəd şagirdlərin özgüvəninin yoxlanılması və şəxsiyyətin özünə dəyərinin qiymətləndirilməsi olub. Psixoloq bu testin güzgü effekti rolunu yaratdığını qeyd edib. O, şagirdlərə təkbətək qaldıqda insanın özünə verdiyi suallar və cavablar əsasında testi yerinə yetirməli olduqlarını izah edib.