Ucadan oxu saatı
Məktəbin kitabxana müdiri Ülkər Bağırova 2/a sinif şagirdləri ilə “Ucadan oxu saatı” təşkil edib. Oxu saatının keçirilməsində məqsəd şagirdlərin anlama – qavrama qabiliyyətini inkişaf etdirib, şagirdlərin söz ehtiyatını artırmaq olub. İlk olaraq şagirdlər kitabxana ilə tanış olublar və kitabxana barədə onlara geniş məlumat verilib. Şagirdlər kitabxanada olan uşaq ədəbiyyatı ilə də tanış olub, müxtəlif nağıl və hekayələr oxuyublar. Sonda kitabxanaçı şagirdlərə oxuduqları hekayələrdən nağıl qəhrəmanları haqqında suallar verib və nağılların uşaqların dünyagörüşü və təfəkkürlərinin formalaşmasındakı rolunu qeyd edib.