Gender bərabərliyinə həsr olunmuş maarifləndirici söhbət aparılıb

    24.11.2022-ci il tarixində məktəbin psixoloqu Aybəniz Zamanova 8/b sinif şagirdləri ilə "Gender bərabərliyi"nə həsr olunmuş maarifləndirici söhbət aparıb. Aybəniz Zamanova "bərabərlik nədir?" sualı ilə mühazirəsinə başlayıb və şagirdlərlə sual əsasında fikir mübadiləsi aparıb. Mövzuya uyğun olaraq videoçarx nümayiş olunub. Həmçinin qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsi, qadınların iqtisadi və təhsil resurslarına  çıxış imkanlarının genişləndirilməsi, məişət zorakılığının qarşısının alınması üçün göstərilən səylər haqqında məlumat verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi