Ətraf mühiti mühafizə edək
Təbiəti qoruyanlar layihəsi çərçivəsində biologiya müəllimi Dilarə Rəhimli 7/c sinfində “ətraf mühiti mühafizə edək” mövzusunda xüsusi dərs keçirib. Dərsin keçirilməsində məqsəd ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsi məsələsinə şagirdlərin diqqətini artırmaq olub. Müəllim mövzu ilə bağlı şagirdlərə geniş məlumat verib. Şagirdlərin fikirləri dinlənilib. Onlar həmçinin mövzuya uyğun hazırladıqları təqdimatları nümayiş etdiriblər. Dərs boyunca mövzu ilə bağlı bir neçə videoçarx da nümayiş olunub.