"Azərbaycan marşı" şeiri təhlil olunub
Əhməd Cavadın 130 illiyinə həsr olunmuş silsilə tədbirdən biri də 5a sinif şagirdləri ilə keçirilib. İlk olaraq Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhanə Həsənova şagirdlərlə böyük şair, maarifçi və ictimai xadim Əhməd Cavadın müəllifi olduğu “Azərbaycan marşı” şeirinin iki əsas istiqamətdə, forma və məzmun üzrə təhlilini aparıb. Şagirdlərlə birgə şeirin forması müəyyən edilib. Həmçinin şeirin vəzni, rədifi, qafiyəsi və ritmi diqqətə alınıb. Təhlil mövzu üzərində müzakirə ilə davam etdirilib. Sonda şagirdlərin əlavə yanaşmaları dinlənilib.