Qənirə xanım Paşayeva ilə görüş keçirilib
03.11.2022-ci il tarixində məktəbin direktoru Samirə Əliyevanın dəvəti ilə “İmzalı görüş” layihəsi çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva ilə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd şagirdlərin maarifləndirilməsi, onların elm və təhsilə olan maraqlarının artırılması idi.
İlk olaraq Samirə Əliyeva çıxış edərək gələn qonaqları salamlayıb, ziyalı şəxslərin həyat yolunun şagirdlərə bir örnək olmasından danışıb. Qənirə xanım Paşayeva şagirdlərlə söhbətlər apararaq, onların gələcəkdəki planları haqqında maraqlanıb, onlara daim dəstək olacağını bildirib.O, məktəblilərə müxtəlif mövzulu maraqlı kitablar hədiyyə edib.