Uşaq istismarına yox deyək
“Uşaq hüquqları aylığı”na həsr olunmuş “Dəyirmi masa” 01.11.2022-ci ildə keçirilib. İlk olaraq Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 9/b sinif şagirdi Rüstəmova Rəhilə “Uşaq istismarına yox deyək!” mövzusunda hazırladığı videotəqdimatı nümayiş etdirib. Təqdimatına uyğun mühazirə ilə çıxış edib. Keçirilən “Dəyirmi masa” zamanı məktəbin TİDM Yeganə Dadaşova şagirdlərə onların Qanunla nəzərdə tutulmuş qaydada təhsil almaq, səhiyyə xidmətindən yararlanmaq, ailədə yaşamaq, istirahət etmək və digər hüquq və vəzifələrini izah edib. “Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun maddələri izah edib, “Uşaq hüquqları Konvensiyası”da təsbit edilmiş uşaq hüquqları barədə maddələrdən söhbət açıb, şagirdlərin sualları cavablandırılıb.