“Şair ömrü” adlı “Dəyirmi masa” keçirilib

    Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi ilə əlaqədar tədbirlər planının icrasına start verilib. Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunmuş “Şair ömrü” adlı “Dəyirmi masa”da ilk olaraq Dövlət Himni səslənib, şəhidlər 1 dəqiqəlik sükutla yad olunub.

    Azərbaycan dili və ədəbiyyatı müəllimi Afaq Əhmədova görkəmli sənətkarın keçdiyi həyat yolu, mükəmməl yaradıcılıq fəaliyyəti barədə geniş məlumat verib. “Dəyirmi masa”da sənətkarın həyatından bəhs edən videoçarx nümayiş etdirilib.

    “Dəyirmi masa”nın keçirilməsində məqsəd Əhməd Cavad irsinin öyrədilməsi və təbliğ olunmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi