“Şuşa Azərbaycanın mədəniyyət ocağıdır”
“Şuşa ili”nə həsr olunmuş silsilə tədbirlər davam edir. Bu məqsədlə 28.10.2022-ci il tarixində 8/c sinif şagirdlərinin iştirakı ilə “Şuşa Azərbaycanın mədəniyyət ocağıdır” adlı “Dəyirmi masa” keçirilib. İlk olaraq Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tarix müəllimi Məhəbbət Tarverdiyev şagirdlərə mədəniyyət tarixi, görkəmli şəxsiyyətləri barədə ətraflı məlumat verib, videoçarx nümayiş etdirib. Şagirdlər mövzu ilə bağlı hazırladıqları video təqdimatla çıxış ediblər.
“Dəyirmi masa”nın keçirilməsində məqsəd milli mədəniyyəti və incəsənəti təbliğ etmək olub.