“Uşaq hüquqları aylığı”na start verilib

    “Uşaq hüquqları aylığı” ilə əlaqədar olaraq silsilə tədbirlərin keçirilməsinə start verilib. 25.10.2022-ci il tarixində bu məqsədlə “Biz hüquqlarımızı bilirik” adlı sinif təşkilat saatı keçirilib.

    Dərsin keçirilməsində məqsəd uşaqlara diqqətin daha artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir. 4/b sinif şagirdlərinin iştirakı ilə təşkil olunan tədbirdə şagirdlərin fikirləri dinlənilib və mövzuya uyğun maarifləndirici videoçarx nümayiş olunub. Dərs şagirdlərin fəal iştirakı ilə müzakirə şəklində keçirilib, onları maraqlandıran suallar cavablandırılıb. Sonda şagirdlərin ifasında mövzuya uyğun nəğmə ifa olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi