“Elm hər dildə birdir” adlı tədbir keçirilib
24.10.2022-ci il tarixində məktəbin kitabxanasında “Elm hər dildə birdir” adlı tədbir keçirilib. Tədbir böyük dramaturq Hüseyn Cavidin 140 illiyinə həsr olunub. İlk olaraq Dövlət himni səslənib, şəhidlər birdəqiqəlik sükutla yad olunub.
Məktəbin kitabxana müdiri Ülkər Bağırovanın çıxışı ilə tədbir açıq elan olunub. O çıxışında Hüseyn Cavidin zəngin yaradıcılığından, onun ədəbiyyata əvəzsiz töhfələrindən söhbət açıb. Həmçinin şairin Azərbaycan ədəbiyyatında mənzum dram və faciə janrlarının əsasını qoyduğunu da qeyd edib. Şagirdlərlə şairin həyat və yaradıcılığı həmçinin əsərləri barədə fikir mübadiləsi aparılıb. TİDM Yeganə Dadaşova isə çıxışında Hüseyn Cavid irsinin yaşadılmasında ümummilli lider Heydər Əliyevin rolundan da bəhs edib. Sonda şairin həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub.