“Təbiəti qoruyanlar” layihəsinin icrası davam edir
24.10.2022-ci il tarixində “Təbiəti qorumaqla həm də özümüzü qoruyuruq” mövzusunda “Təbiəti qoruyanlar” layihəsi icra olunub. Biologiya müəllimi Afət Mahmudova layihənin icrasına 8/b sinif şagirdlərini cəlb edib. Şagirdlər sinif otağında dibçək güllərini əkib, onlara qulluq göstəriblər. Layihənin icrasında məqsəd şagirdlərə təbiətin qorunmasında bitkilərin qorunub və yetişdirilməsinin əhəmiyyətini aşılamaq olub. Şagirdlər həmçinin becərdikləri bitkilər haqqında fikir mübadiləsi aparıblar.
Müəllim layihənin icrasını bu sözlərlə bitirib: “Belə tədbirlərdə əsas məqsədin şagirdlərin ətraf mühitin mühafizəsinə münasinbətini dəyişmək, bu sahədə onların şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır. Təbiəti qorumaq, onun sərvətlərini qiymətləndirmək hər bir kəsin borcudur.Unutmayaq ki, biz təbiəti qorumaqla həm də özümüzü qoruyuruq”.