Metodiki seminarlar başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən  metodiki seminarlar başa çatıb.

Metodiki seminarların sonuncu sessiyaları Səbail, Yasamal və Sabunçu rayonlarının ümumi təhsil müəssisəsini əhatə edib.

Metodiki seminarlarda Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov, BŞTİ-nin müvafiq struktur bölmə əməkdaşları, TDM-in nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, fənn metodbirləşmə rəhbərləri, məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər.

Məktəb direktorları üçün təşkil olunmuş seminarlarda TDM-in direktoru İ.Həsənov məktəb mühiti, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması,  ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, davamiyyətin tənzimlənməsi, səmərəli idarəetmənin rolunun artırılması və digər müvafiq məsələlərə toxunub.

Digər sessiyalarda təmayülləşmə, layihələrin icrası, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təlimdə keyfiyyətin artırılmasının üsul və  formaları, valideyn-şagird-məktəb əlaqələri, tərbiyə işinin təşkili, dərsin daha səmərəli və effektiv təşkili üçün metodiki yanaşmalar, ictimaiyyətlə əlaqələr, məktəb saytlarının təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması və digər mövzularda təlimati tövsiyələr verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, metodiki seminarlar zamanı BŞTİ müdiri Mehriban Vəliyeva və İdarənin müvafiq struktur bölmə rəhbərləri ümumi prosesin gedişini müşahidə ediblər.

Paytaxtın 12 inzibati rayonu üzrə keçirilən metodiki seminarların keçirilməsinin əsas məqsədi tədrisin səmərəli təşkili işinə dəstək vermək, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi