“Təbiəti qoruyanlar” adlı layihənin icrası davam edir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmri ilə təsdiq olunmuş “Təbiəti qoruyanlar” layihəsinin icrası davam edir. Layihə çərçivəsində məktəbin TİDM Yeganə Dadaşovanın rəhbərliyi, kitabxana müdiri Ülkər Bağırovanın təşkilatçılığı ilə 4b sinfində “Sahibsiz heyvanlara qayğı və düzgün münasibətin aşılanması” mövzusunda xüsusi dərs təşkil olunub. Dərsdə şagirdlərə heyvanlara qulluq və qayğı mövzusunda məlumatlar verilib. Mövzuya aid videoçarxlar tədqim olunub.