Pedaqoji Şuranın ilk iclası keçirilib
14.09.2022-ci il tarixində 130 nömrəli tam orta məktəbdə 2022-2023-cü tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilib. İclası məktəbin direktoru Samirə Əliyeva açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru yeni təyin olunmuş 5 nəfər gənc müəllimi kollektivə təqdim etdi və onlara uğurlar arzuladı. Gündəlikdə duran məsələlər:
1. 2021-2022-ci tədris ilinin yekunları.
2. 2022-2023-cü il üçün məktəbin "Fəaliyyət planı"nın təsdiq edilməsi.
3. IV siniflərin monitorinq nəticələrinin təhlili.
4. IX,XI siniflərin buraxılış imtahanı nəticələri, ali məktəblərə, kolleclərə və peşə məktəblərinə qəbul nisbəti.
5. 2022-2023-cü tədris ilində dərs bölgüsü, vəzifə bölgüsü, məktəbin iş rejimi, "Bilik günü"nün keçirilməsi.
Son olaraq məktəbin direktoru sertifikasiyada test mərhələsində iştirak edən müəllimlərə müsahibə mərhələsində uğurlar arzuladı.