Bakı Zooloji Parkına ekskursiya təşkil olunub
“Təbiəti qoruyanlar” adlı layihənin keçirilməsi ilə bağlı tədbirlər planına əsasən ibtidai sinif müəllimləri Qədirnisə Cəfərova və Təranə Həsənovanın təşkilatçılığı ilə 1c və 4a sinif şagirdləri ilə “Bakı Zooloji Parkı”da "Canlıların yaşadığı yerlər", "Yer təbiətinin müxtəlifliyi" mövzusundab dərs - ekskursiyası təşkil olunub. Şagirdlər canlıların yaşadığı yerlər və təbiətin müxtəlifliyi barədə ətraflı məlumatlanıblar. Dərsin keçirilməsində məqsəd təhsilalanların fəal öyrənməsini təmin etməkdir. Dərsin bu cür təşkil olunması şagirdlərdə maraq yaradıb.