Mədəniyyət və Sənətkarlıq üzrə Dövlət Peşə Təhsil Mərkəzində Açıq qapı keçirilib
“Ümumi təhsil müəssisələrində peşəyönümlü xidmətin təşkili barədə” fəaliyyət planına əsasən Mədəniyyət və Sənətkarlıq üzrə Dövlət Peşə Təhsil Mərkəzində Açıq qapı keçirilib. Açıq qapıda məktəbin peşəyönümlü sahə üzrə təyin olunmuş koordinatoru Günay Əliyevanın təşkilatçılığı ilə məktəbin 9-cu sinif şagirdlərinin iştirakı təmin olunub.