“Mənim gündəliyim” müsabiqəsinin məktəb mərhələsi davam edir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil etdiyi “Mənim gündəliyim” adlı müsabiqənin məktəb mərhələsi davam edir. Şagirdlər Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini mütaliə edib, görkəmli ədiblərin yaradıcılığı barədə məlumat toplayırlar. Məktəbin direktoru Samirə Əliyeva, TİDM Yeganə Dadaşova və kitabxana müdiri Ülkər Bağırova da mütəmadi olaraq şagirdlərə istiqamət verib, dəstək olurlar.