Reproduktiv sağlamlıq haqqında dərs
Məktəbin TİDM Yeganə Dadaşovanın rəhbərliyi, biologiya müəllimi Aytac Hacıyevanın təşkilatçılığı ilə “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində məktəbin 6-7-ci sinif şagirdləri ilə maarifləndirici dərs keçirilib. Dərs zamanı gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, cinsi inkişaf , habelə gələcəkdə sağlam ailə qurub, məsuliyyətli valideyn olmaları üçün yeniyetmələrlə geniş söhbət aparılıb. Dərsdə həmçinin reproduktiv sağlamlıq, gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmağı təbliğ edən videoçarx da nümayiş olunub.