Firudin bəy Köçərlinin həyatından bəhs edən film
Bakı şəhəri üzrə Təhsil İdarəsinin 08.02.2022-ci il tarixli F-53 nömrəli əmrinin icrası ilə əlaqədar tədbirlər planına əsasən məktəbin TİDM Yeganə Dadaşovanın rəhbərliyi, kitabxana müdiri Ülkər Bağırovanın və Azərbaycan dili və ədəbiyyatı müəllimi Afaq Əhmədovanın təşkilatçılığı ilə film nümayişi həyata keçirilib. Nümayiş zamanı “İrəvan Müəllimlər Seminariyası”nın tarixindən və Seminariyanın maarifpərvər ziyalısı Firidun bəy Köçərlinin həyatından bəhs edən film izlənilib. Film nümayişində məktəb rəhbərliyi və 8A sinif şagirdləri iştirak edib.