Reproduktiv sağlamlıq haqqında məlumat
Məktəbin psixoloqu Aybəniz Zamanova reproduktiv sağlamlıq mövzusunda şagirdlərlə maarifləndirici söhbət aparıb. Bu söhbətdə əsas məqsəd məktəbin 6-7-ci sinif qızları ilə zərərli vərdişlər, cinsi inkişaf sahəsində işin səmərəliliyini artırmaq və psixoloji dəstəyə ehtiyacı olan şagirdləri maarifləndirib, onlara köməklik göstərməkdən ibarət olub. Psixoloq həmçinin şagirdlər arasında “Mən və mənim əhatəm”, “Yeniyetmə və dostluq” mövzularında sorğu da aparıb.