Komandanlıq və N saylı hərbi hissə kollektivinin minnetdarlığı

    Mədəniyyət paytaxtımız Şuşa şəhərindən məktəbimizə minnətdarlıq məktubu gəldi.

    1C və 4B sinif şagirdlərinin 31.02.2022-ci il tarixdə “Əsgərə məktub” layihəsi çərçivəsində Şuşa şəhərində xidmət edən əsgərlərimizə göndərdikləri məktublara , N saylı Hərbi hissənin kollektivi və yuxarı Komandanlıq adından müəllim və kollektivə ünvanlanan minnətdarlıq məktubu göndərilib. Məktubda deyilir: “Əziz məktəbli salam, biz əsgərlər sizin göndərdiyiniz sovqat və məktubları aldıq. Çox sevinirik ki, sizin bu körpə qəlbinizdə bu qədər çoşub-çağlayan vətənpərvərlik hissi var. Bizi unutmadığınız üçün sizə təşəkkür edirik. Narahat olmayın, biz yüksək ayıq-sayıqlıqla daim vətənimizin hər qarışını göz bəbəyimiz kimi qoruyuruq. Biz sizinlə  fəxr edirik ki, müstəqil Azərbaycanın gələcəyi bu cür vətənpərvər  ziyalı və maariflənən bir cəmiyyətin sütunları üzərində qurulacaqdır”-deyə məktubda vurğulanıb. Daha sonra yuxarı komandanlıq və N saylı hərbi hissə kollektivi  adından məktəbimiz fəxri-fərmanla təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi