Maarifləndirici görüş keçirildi
12. 04. 2022-ci il tarixdə məktəbimizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə erkən nikahların və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, AQUPDK-nın Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova, psixoloq Səidə Əhmədova, Dini İcmanın sədri və imamı Hacı Musa Qasımov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Nardaran inzibati ərazi dairələri üzrə qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, qəsəbədə fəaliyyət göstərən təhsil müəssisəsinin rəhbəri və valideynlərin iştirakı ilə görüş keçirildi.