Novruz bayramına həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2022-ci il tarixli F-85 nömrəli əmrinin icrası ilə əlaqədar  "Bahar çələngi" layihəsi çərçivəsində “Xonçalı Novruz gəlir” adlı  ümumməktəb tədbiri keçirildi. Məktəbin TİDM Yeganə Dadaşovanın  rəhbərliyi ilə təşkil olunan ədəbi-bədii kompozisiyalarda şagirdlər  Novruz adət-ənənələrini əks etdirən səhnəciklər, həmçinin bahar təravətli bayram  mahnıları,şeirlər səsləndiriblər. Eyni zamanda şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları tədbirə xüsusi rəngarənglik, şən əhval-ruhiyyə qatıb.Tədbirdə məktəbin direktoru Samirə Əliyeva Novruz bayramı münasibətilə kollektivi və tədbirə qatılan qonaqları təbrik edib, qələbə və Şuşa ətirli bir bayram qeyd etməyimizdən məmnunluğunu bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi