"Bahar bayramı" adlı sinif tədbiri keçirildi
15 mart 2022-ci il tarixində məktəbdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-85 nömrəli əmrinə əsasən "Bahar çələngi" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq məktəbin ibtidai sinif müəllimi Sevda Əzizovanın rəhbərliyi və 4B sinif şagirdlərinin iştirakı ilə "Bahar bayramı" adlı sinif tədbiri keçirildi. Tədbirdə şagirdlər Novruz bayramına aid şeirlər səsləndirib, mahnı oxuyub, rəqs etdilər. Novruzun rəmzləri olan Kosa və Keçəl tədbirə xüsusi maraq qatdılar. Sinif tədbirində məktəb rəhbərliyi iştirak edirdi və onlar sonda çıxış edərək hər kəsi bayram münasibəti ilə təbrik etdilər.