Novruz bayramı münasibəti ilə “Əsgərə məktub” layihəsi təşkil olundu
Məktəbin TİDM Yeganə Dadaşovanın rəhbərliyi, ibtidai sinif müəllimi Təranə Həsənovanın təşkilatçılığı ilə “Əsgərə məktub” layihəsi həyata keçirildi. Layihəyə əsasən məktəbin 1c sinif şagirdləri Azərbaycanımızın keşiyində duran əsgələrin bayramlarını təbrik edib, onları sevindirmək məqsədi ilə onlara məktub yazdılar. Məktubların əsgərlərə çatdırılması məktəb rəhbərliyi tərəfindən təşkil olundu.