Novruz ənənələrinə həsr olunmuş açıq dərs təşkil olundu
“Baharın çələngi” layihəsinin icrası ilə bağlı Tədbirlər planına əsasən mart ayında Novruz bayramı münasibəti ilə silsilə tədbirlərin təşkili həyata keçirilir. Burada açıq dərslərin təşkilinə də xüsusi yer ayrılmışdır. Bu məqsədlə təşkil olunan açıq dərslərdən biri də 5a sinfində texnologiya fənni üzrə Xədicə Fərəczadənin təşkilatçılığı ilə baş tutdu. Şagirdlər dərs zamanı novruz xonçaları hazırladılar. Açıq dərsdə məktəb rəhbərliyi də iştirak edirdi.