Yarışın IV günündə “qol güləşi”, “Şən startlar” yarışları və rəsm müsabiqəsi keçirildi
Tədbirlər planına uyğun olaraq davam edən idman həftəsinin IV günündə məktəbin TİDM Yeganə Dadaşovanın rəhbərliyi, idman müəllimləri Bağır Orucov və Orxan Əskərovun təşkilatçılığı ilə 10-11-ci siniflər arasında “qol güləşi” yarışı keçirildi. Yarışın sonunda qol güləşinin ən güclüləri müəyyənləşdirildi.
Həmin gün baş tutan növbəti yarışın iştirakçıları məktəbin 6-cılarından təşkil olunmuşdur. Estafet xarekterli yarış “Şən startlar” adı altında həyata keçirildi.
Şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğ etmək məqsədi ilə təşkil olunan idman həftəsinin maraqlı fəaliyyətlərindən biri də rəsm müsabiqəsi oldu. Bu müsabiqə məktəbin TİDM Yeganə Dadaşovanın rəhbərliyi və rəsm müəllimi Gülanə Manafovanın təşkilatçılığı ilə təşkil olundu. Müsabiqə 7-11-ci siniflər arasında baş tutdu