“5 mart – Bədən tərbiyəsi və idman günü” münasibətilə keçirilən idman yarışları davam edir

Məktəbimizdə “5  mart – Bədən tərbiyəsi və idman günü” münasibətilə keçirilən idman həftəsinin III günü təşkil olunan yarışlardan  biri də “Ən sürətli şagird” qaçış yarışı idi. Yarış TİDM Yeganə Dadaşovanın rəhbərliyi, idman müəllimləri Bağır Orucov və Orxan Əskərovun təşkilatçılığı ilə həyata keçirildi. Yarış V sinif şagirdləri arasında təşkil olunmuşdur. Bu yarışla paralel olaraq   “Oyun idman növləri üzrə siniflərarası yarışlar” da təşkil olundu. Sonda günün qalibləri təyin olundu.
Tədbirlər planına uyğun olaraq idman həftəsində biologiya müəllimi Natəvan Mahmudovanın təşkilatçılığı ilə “Sağlam qidalanma” mövzusunda sinif tədbiri təşkil olundu. Tədbir zamanı şagirdlər sağlam qidalanmanın yolları barədə məlumatlandılar. Həmçinin şagirdlərin hazırladıqları təqdimatlar da tədbirdə təqdim olundu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi