Olimpiya oyunları uşaqların gözü ilə
İdman həftəsində keçirilən fəaliyyətlər sırasında əl bacarıqlarına da xüsusi yer ayrılmışdır. Bu məqsədlə məktəbin TİDM Yeganə Dadaşovanın rəhbərliyi, texnologiya müəllimləri Xədicə Fərəczadə və Səbinə Ağayevanın təşkilatçılığı ilə “Olimpiya oyunları uşaqların gözü ilə” adlı əl işləri müsabiqəsi keçirilmişdir. “Olimpiya oyunları uşaqların gözü ilə” başlığı altında keçirilən rəsm müsabiqəsi 5-10-cu sinif şagirdləri arasında təşkil olunmuşdur. Yarış nəticələri münsif müəllimlərin rəyləri əsasında təyin olunmuşdur