İdman həftəsi layihəsi həyata keçirilir
Təsil Nazirliyi tərəfindən göndərilən “İdman həftəsi” layihəsinin proqramına uyğun olaraq təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, idman və bədən tərbiyəsinin inkişafı, sağlam həyat tərzinin təbliği məqsədilə “5 Mart – Bədən tərbiyəsi və İdman Günü” ərəfəsində 28 fevral – 4 mart 2022-ci il tarixində məktəbimizdə idman həftəsi keçirilmişdir. Layihə çərçivəsində məktəblilərin iştirakı ilə gimnastik hərəkətlər, yarışlar, maarifləndirmə, sağlam qidalanma, görüşlər, mükafatlandırma və digər tədbirlər həyata keçirilmişdir.
İdman həftəsinin ilk günündə məktəbimizin idman müəllimləri Bağır Orucov və Orxan Əskərovun təşkilatçılığı ilə həyata keçirilən fəaliyyətlərdən birincisi “Səhər gimnastikası” idi. Şagirdlərin böyük həvəslə icra etdikləri gimnastik hərəkətlər onların sağlam formalaşmasında müstəsna rola sahibdir.
Həmin gün məktəbin psixoloqu Aybəniz Zamanovanın təşkilatçılığı ilə həyat keçirilən “İdmançıların yarışa hazırlığının psixoloji yanaşması” testi, şagirdlərlə motivasiya edici söhbətlərin aparılması idman həftəsinə başlayan şagirdlərin yarışqabağı psixoloji hazırlığı baxımından mühim əhəmiyyətə sahib idi.