6ç sinfində “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş maarifləndirici dərs keçirildi

    1 Mart-Ümumdünya Mülki Müdafiə günüdür. Bu münasibətlə məktəbin 6ç sinif şagirdləri ilə “Təhlükəsizlik qaydalarına əməl etmək vəzifəmizdir” adlı maarifləndirici dərs təşkil olundu. Dərs TİDM Yeganə Dadaşovanın rəhbərliyi, informatika-riyyaziyyat müəllimi Səbinə Əskərovanın təşkilatçılığı ilə həyata keçirildi. Məktəbin TTİM və həmçinin MMQ rəisi olan Təhminə Mahmudova da dərsdə iştirak etdi. İlk olaraq müəllim bu günün tarixi və əhəmiyyəti barədə şagirdləri maarifləndirdi. Fövqəladə hallarda davranış qaydaları şagirdlərə mənimsədildi. Bu mövzuda bir neçə videoçarx təqdim olundu. Şagirdlər də öz növbələrində hazırladıqları esseləri səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi