“Xocalı faciəsinin otuzuncu ildönümü”nə həsr olunmuş xüsusi dərs təşkil olundu

    Məktəbimizdə“Xocalı faciəsinin otuzuncu ildönümü”nün anılması məqsədi ilə növbəti xüsusi dərs keçirildi. Dərs məktəbin psixoloqu Aybəniz Zamanova və tarix müəllimi Anar Mustafayev tərəfindən həyata keçirilmişdir. 7ç sinfində baş tutan dərs zamanı  müəllim tarixi həqiqətlər barədə şagirdləri məlumatlandırdı. Daha sonra şagirdlər müəllimin verdiyi sualları cavablandırdılar. “Xocalı Soyqırım”ı haqqında  videoçarx şagirdlərə təqdim olundu. Dərsdə çıxış edən psixoloq isə öz növbəsində ermənilərin bu soyqırımı vasitəsi ilə millətdə yaratmaq istədiyi qorxu hissindən bəhs etdi. O, düşmənin məhz bu vasitə ilə xalqımızın mübarizə əzmini qırmaq istədiyini şagirdlərin nəzərinə çatdırdı. Sonda müəllim, Azərbaycan xalqının mübarizə əzmini qıra bilməyən düşmənindən aldığı qisasdan və parlaq II Qarabağ qələbəsindən danışaraq dərsi sonlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi