“21 Fevral Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş ədəbi-bədii kompozisiya

    Məktəbin TİDM Yeganə Dadaşovanın rəhbərliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimi Aydan Hüseynzadənin və ibtidai sinif müəllimi Gülşən Mustafayevanın təşkilatçılığı ilə “21 Fevral Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Tədbir Müslüm Maqomayevin ifasında olan "Azərbaycan" mahnısının səslənməsi ilə başlandı. Şagirdlər Ana dilinə həsr olunmuş şeirlər söylədilər. Üçüncülərin ifasında “Ana dili” musiqisi səsləndirildi. Daha sonra mövzuya uyğun səhnəcik təqdim olundu. Sonda məktəbin TİDM Yeganə Dadaşova və  Aydan müəllim çıxış edərək belə tədbirlərin şagirdlərin doğma dillərinə hörmət və məhəbbətlərinin formalaşmasında oynadığı müstəsna rolundan danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi