“Beynəlxalq təhlükəsiz internet günü” ilə əlaqəli maarifləndirici dərs təşkil olundu

Məktəbin TİDM Yeganə Dadaşovanın rəhbərliyi və kompüter laborantı İlahə Atayevanın təşkilatçılığı ilə “Beynəlxalq Təhlükəsiz İnternet Günü” ilə əlaqəli 8a sinfində maarifləndirici dərs təşkil olundu. Şagirdlərə ilk olaraq internetin yaranma tarixi barədə məlumat verildi. Daha sonra internetin keçdiyi inkişaf mərhələlərində yaranan təhlükəsizlik məsələləri şagirdlərə ətraflı izah olundu. Şagirdlər mövzu ilə əlaqəli videoçarx izləyərək, öz növbələrində internetdən istifadə zamanı diqqət olunmalı təhlükəsizlik qaydalarını da qeyd etdilər. Onlar eyni zamanda şagirdin internetdən istifadə qaydaları haqqında təqdimatı da nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi