Mülki Müdafiə və Fövqəladə hallar haqqında şagirdlər maarifləndirildi

Mülki Müdafiə Üzrə tədbirlər planına əsasən məktəbdə mütəmadi olaraq tədbirlər təşkil olunur. Bu məqsədlə həyata keçirilən tədbirlərdən biri də 09.02.2022-ci il tarixində baş tutdu. Tədbir məktəbin TTİM və həmçinin MMQ rəisi olan Təhminə Mahmudovanın rəhbərliyi, Hərbi rəhbər Şəhriyar Əsədovun təşkilatçılığı ilə həyata keçirildi.Akt zalında baş tutan tədbirdə əsas məqsəd şagirdlərin Mülki Müdafiə və fövqəladə hallar barəsində məlumatlandırılmasından ibarət idi. Tədbir ibtidai və 6-cı siniflərin iştirakı ilə həyata keçirildi. Burada Şəhriyar müəllim şagirdləri mülki müdafiə və fövqəladə hallar barədə geniş şəkildə məlumatlandırdı. O, fövqəladə halların münaqişəli və münaqişəsiz olaraq 2 əsas qismə ayrıldığını qeyd etdi. Həmçinin münaqişəli halların özünün də 3 əsas qrupa bölündüyü barədə şagirdləri məlumatlandırdı. O, çıxışında bu halların hər birini ayrılıqda şərh edərək onların təbii, ekoloji, texnogen fövqəladə hallar  olduğunu qeyd etdi. Şagirdlər də müəllimin izahından sonra öyrəndiklərini və  öncədən bildiklərini yoldaşları ilə paylaşdılar. Həmçinin müəllimin suallarını da cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi