2 Fevral Azərbaycanda Gənclər günü
Əlamətdar haldır ki, hər il cənab Prezidentin sərəncamı ilə Gənclər üçün Prezident mükafatlarının verilməsi təqdirəlayiq ənənə halını alıb. Bu ənənə digər dövlət müəssisələrində də təqdirə layiq şəkildə davam etdirilir. Bu məqsədlə 130 saylı tam orta məktəbin direktoru Samirə Əliyeva da gənclərin əməyinin qiymətləndirilməsinə xüsusi diqqət ayırmışdır. O, “Gənclər günü” münasibətilə gənc nəslin təlim-tərbiyəsində fəal iştirakına görə Təhminə Novruzovanı, məktəbin ictimai işlərində fəal iştirakına görə Günay Əliyevanı, İlahə Atayevanı və Ülkər Bağırovanı, olimpiadaya şagird hazırlığına görə Aidə Əhmədovanı və olimpiadanın növbəti mərhələsinə keçdiyinə görə 11-ci sinif şagirdi Əbdüləzim Mirzəzadəni "TƏŞƏKÜRNAMƏ" ilə mükafatlandırdı.