Məktəb rəhbərliyi yuxarı sinif şagirdləri ilə iclas təşkil etdi
Məktəbin akt zalında 8, 9, 10, 11-ci sinif şagirdləri ilə məktəbin rəhbərliyi tərəfindən iclas keçirildi. Əsas məsələ buraxılış siniflərin dərsə davamiyyəti, sosial şəbəkələrdən istifadəyə nəzarət və müəllim-şagird əməkdaşlığı idi. Bu məsələlər haqqında ilk olaraq məktəbin direktoru Samirə Əliyeva çıxış etdi. Daha sonra məktəbin TİDM Yeganə Dadaşova, psixoloq Aybəniz Zamanova, DTİM Rəhimə Orucova və UBTR Təhminə Novruzova çıxış edərək mövcud məsələlər barədə öz fikirlərini bildirdilər. Məktəbdə neqativ halların baş verməməsi məqsədi ilə maarifləndirici söhbətlər aparıldı.