Şagirdlərin Heydər Əliyev mərkəzinə ekskursiyası təşkil olundu

Müasir Bakının simvolların hesab olunan Heydər Əliyev mərkəzi şagirdlər üçün mükəmməl ekskursiya məkanı hesab oluna bilər. Bu məqsədlə məktəbimiz 1-5-ci siniflərinin bu mərkəzə ekskursiyası təşkil olundu. Müəllimlər, şagirdləri bu böyük kompleksin konqres zalı, muzey və sərgi salonlarından təşkil olduğu barədə məlumatlandırdılar. Şagirdlər “Azərbaycan inciləri”, “Mini Azərbaycan”, “Azərbaycana xoş gəlmisiniz” və “Azərbaycan mətbəxi fotoları” adlı sərgilərlə tanış oldular. Sərgilərdə ölkənin tarixi və mədəni irsini əks etdirən eksponatlar şagirdlərin xüsusi diqqətinə səbəb oldu.

Kompleksdə fəaliyyət göstərən Heydər Əliyev muzeyi də şagirdlər üçün olduqca maraqlı idi. Muzey Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar nümaiş olunan eksponatlardan ibarət idi.

Bu ekskursiya şagirdlərə Azərbaycan tarixinin  hər dövrünə səyahət etmə imkanı yaratdı və onların maariflənməsində xüsusi rola sahib oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi