20 yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunan "dəyirmi masa" təşkil olundu
Təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci il dönümü ilə bağlı tədbirlərin təşkil edilməsi ilə əlaqədar “20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin 13.01.2022-ci il tarixli F-14 nömrəli əmrinə əsasən məktəb rəhbərləri, müəllim və şagirdlərin iştirakı ilə “dəyirmi masa” keçirildi. Tədbirə məktəbin direktoru Samirə Əliyeva çıxış sözü ilə başladı. Şəhidlərimiz bir dəqiqəlik sükut ilə yad edildi. Daha sonra çıxış üçün söz məktəbin tarix müəllimi Anar Mustafayevə verildi. O da öz növbəsində tədbir iştirakçılarını 20 Yanvar hadisələrinin tarixi məqamları, həqiqətləri barədə məlumatlandırdı. Məktəbin TİDM Yeganə Dadaşova çıxışında bu tarixi hadisəyə fərqli yanaşma verdi. O, ədəbiyyat xadimlərinin belə tarixi məqamda göstərdikləri fəaliyyəti diqqətə çatdırdı. İngilisi dili müəllimi Günel Həsənzadə isə şagirdlərə bu həqiqətləri dünyəvi dil olan ingilis dili vasitəsi ilə dünyaya çatdıra biləcəklərini bildirdi. Şagirdlər də öz növlərində 20 Yanvar hadisəsi barədə bildiklərini ingilis dilində tədbir iştirakçılarının nəzərinə çatdırdılar. Dəyirmi masada müxtəlif videoçarxlar da nümayiş olundu.