20 Yanvar faciəsinin anılması məqsədi ilə sinif tədbiri keçirildi
20 Yanvar faciəsindən otuz iki il ötür. Bu tarix hər il böyük ehtiramla anılır. Hər bir məktəbli bu tarixin Azərbaycan xalqının hüzn günü olduğunu bilir. Məhz ibtidai sinifdən başlayaraq hər bir şagirdə 20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqillik carçısı olduğu mənimsədilir, şagirdlər bu qanli tarix barədə maarifləndirilirlər. Bu məqsədlə növbəti tədbir ibtidai sinif müəllimi Rumiyyə Heydərovanın rəhbərliyi ilə 3 c sinfində baş tutdu. Sinif tədbirində məktəbin direktoru Samirə Əliyeva, TİDM Yegane Dadaşova izləyici qismində iştirak etdilər. Şagirdlərin ifasında səslənən şeirlər dinlənildi. Həmçinin şagirdlərin təqdimatında 20 Yanvarın faciəsini özündə əks etdirən səhnə də nümayiş olundu. Tədbirdə videoçarxlar da izlənildi.