20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş divar qəzeti hazırlandı və rəsm sərgisi nümayiş olundu
Məktəbin TİDM Yeganə Dadaşovanın, UBTR Təhminə Novruzovanın rəhbərliyi ilə şagirdlərin maarifləndirilməsi, qarşılıqlı məlumat mübadiləsi aparmalarını təmin etmək məqsədi ilə tərtib olunan divar qəzeti bu gün “Qan yaddaşımız 20 Yanvar” başlığı altında tərtib olundu. Şagirdlər sinif üzrə hazırladıqları divar qəzetində bu faciənin tarixinə dair məqalə və şəkillər təsvir etmişdilər.
Məktəbdə həmçinin 20 Yanvar faciəsini anmaq məqsədi ilə rəsm müəllimi Gülanə Manafovanın təşkilatçılığı ilə rəsm sərgisi də təşkil olundu.