Məktəbdə yeni alınan kitabların sərgisi təşkil edildi

    Bu gün məktəbimizin kitabxanasında ibtidai sinif şagirdləri üçün yeni alınan nəşrlərdən ibarət kitab sərgisi keçirildi. Sərgidə nümayiş olunan kitablar arasında milli nəşrlərlə yanaşı dünya ədəbiyyatıda öz əksini tapmışdır. Tədris edilən fənlərin daha yaxşı mənimsənilməsi və biliklərin əlavə olaraq möhkəmləndirilməsi məqsədi ilə kitabxana şagirdlərin sistemli və məqsədli mütaliəsinin təşkil edilməsində əsas rol oynayır. Məktəbin kitabxana müdiri Ülkər Bağırova şagirdlərə kitabxanadan mütəmadi istifadə etməyi tövsiyyə etdi. Həmçinin vurğuladı ki, kitab və mütaliə əvəzolunmaz bilik mənbəyidir və kitab həqiqətən də tez-tez insanın dostuna, məsləhətçisinə çevrilə bilir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi