Məktəb rəhbərliyi tərəfindən ibtidai siniflər üzrə dərsdinləmələrə start verildi
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 21.09.2021-ci il tarixli F-450 nömrəli qərərarı ilə təsdiq edilmiş “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri” nə əsasən məktəb rəhbərliyi tərəfindən ibtidai siniflərdə mövcud tələblərə uyğun olaraq şagirdlərin riyazi hesablama bacarıqlarının yoxlanılması, oxu, yazı və dil qaydalarının mənimsəmə səviyyəsini yoxlamaq məqsədi ilə dərsdinləmə keçirildi. Dərsdinləmə 4a sinfində riyaziyyat, 3a və 3b siniflərində isə Azərbaycan dili fənni üzrə təşkil olundu. 4a sinif müəllimi Qədirnisə Cəfərova, 3a sinif müəllimi Esmira Əhmədova, 3b sinif müəllimi Mustafayeva Gülşən idi.