Aşıq Ələsgərin 200 illik yubileyi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən ölkə miqyasında aşığın yaradıcılığına həsr olunmuş silsilə tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri də 130 saylı məktəbdə təşkil olundu. Tədbirdə Aşıq Ələsgərin Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etdiyi dinləyicilərin diqqətinə çatdırıldı. Şagirdlərin ifasında şairin müxtəlif şeirləri səsləndirildi. Sənətkarın çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırdığı və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərdiyi qeyd olundu . Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salındığı diqqətə çatdırılaraq, bütün bunların Aşıq Ələsgər sənətinə ehtiramın təzahürü olduğu da qeyd olundu. Tədbir izləyiciləri məktəbin müəllim və şagird kollektivindən teşkil olunmuşdur. Müəllimlər sırasında tədbirin təşkilatçısı Dadaşova Yeganə və tədbir rəhbəri Afaq Əhmədova da iştirak edirdi.