Qənaət həm ailə, həm də dövlət büdcəsinə qənaət etməkdir
Suyun bütün canlılar, təbiət üçün nə qədər vacib amil olduğu hər kəsə məlumdur. Su çatışmazlığının yaratdığı çətinliklər bu gün bütün dünyanın diqqət mərkəzindədir. Hər kəs öz növbəsində bu problemin həlli yollarını araşdırıb, aradan qaldırmağa çalışsa bəlkə də dünyanı belə qlobal problemdən xilas etmək olar. Elə bu mövzuda şagirdlərin maaariflənməsi məqsədi ilə məktəbdə “suya qənaət” mövzusunda müxtəlif formatlı tədbirlər təşkil olunur. Yeganə Dadaşovanın təşkilatçılığı ilə icra edilən dəyirmi masa da bu məqsədi özündə ehtiva edirdi. Dəyirmi masa 7c sinfində Natavan Mahmudovanın rəhbərliyi ilə həyata keçirildi.