Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ədəbi-kompozisiya keçirildi

Prezident İlham Əliyevin  Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında sərəncamına əsasən məktəbimizdə də silsilə tədbirlər keçirilməkdədir. Bu tədbirlərdən sonuncusu məktəbin TİDM Yeganə Dadaşovanın rəhbərliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimi Vüsalə Bəşirovanın təşkilatçılığı ilə hazırlanmışdır. Tədbirə Yeganə və Vüsalə müəllimlərin çıxışı ilə giriş edildi. Onlar çıxışları zamanı dahi şairin, zəngin yaradıcılığından bəhs edərək şagirdləri və tədbir izləyicilərini məlumatlandırdılar. Tədbirdə dahi mütəfəkkirin “Xəmsə”dən Sirlər xəzinəsinə daxil olan “Kərpickəsən kişinin dastanı” adlı əsəri şagirdlər tərəfindən səhnələşdirildi.  Şairin şagirdlərin ifasında səslənən tərbiyəedici qəzəlləri  tədbirə əlavə rəng qatdı. Azərbaycan dili və ədəbiyyatı müəllimi Afaq Əhmədova da tədbirin tam məğzini və məqsədlərini ümumiləşdirilmiş şəkildə öz çıxışında ifadə etdi. Sonda isə çıxış üçün məktəbin direktor əvəzi Təhminə Mahmudovaya söz verildi. O da öz növbəsində tədbir iştirakçılarını uğurlu çıxışları münasibəti ilə təbrik edərək, tədbiri sonlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi