Sağlam həyat, sağlam gələcək
Təhsilalanların sağlamlığının yoxlanılması məqsədilə Bakı Şəhər Sabunçu rayonu Nardaran qəsəbəsi 8 saylı poliklinikasının həkim heyəti məktəbin ümumi yoxlanışında iştirak etdi. Bu heyətə poliklinikanın göz həkimi A.Könül, pediatr D.Sevinc və nevropatoloq H.Yeganə xanım daxil idi. Onları məktəbin TİDM Yeganə Dadaşova və tibb bacısı C. Məhəbbət müşaət etdi. Onlar siniflərə daxil olaraq şagirdlərin sağlamlığında olan problemləri müəyyən etmək üçün, burun boğaz və göz müayinələri apardılar.